“Düşmənlə müzakirələri qəbul etmək, təslim olmaq deməkdir”

İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general-mayor Qasim Süleymani Milli Komandirlər Günü tədbirində iştirak edib.

1191976
“Düşmənlə müzakirələri qəbul etmək, təslim olmaq deməkdir”

General Qasim Süleymani  tədbirdə çıxışı zamanı İran xalqını ağıllı və həssas olaraq xarakterizə edərək, düşmənlə müzakirələri təslim olmaq kimi bildiklərini və zülmə baş əyməyəcəklərini  vurğulayıb. O   qeyd  edib ki: “Bu gün düşmən bizə təzyiq göstərməklə bizi müzakirələrə çəkmək istəyir. Bu müzakirələri qəbul etmək, təslim olmaq deməkdir. Əgər çalışsaq, müqavimət göstərsək, iqtisadi sahədə düşmənlərimizi yenidən məyus və təslim edərik".

Xatırladaq ki, ABŞ bir müddət öncə İran İnqilab Keşikçiləri Korpusunu (SEPAH) xarici terrorçular siyahısına salıb. 



Әlaqәli Xәbәrlәr