Sülh danışıqlarına başlamaqdan özgə variant yoxdur

Taliban, hökumət ilə danışıqlara başlamaqdan imtina etməməlidir. Sülh üçün bundan başqa variant yoxdur. Bunu Əfqanıstan prezidenti Əşrəf Qani deyib.

1186000
Sülh danışıqlarına başlamaqdan özgə variant yoxdur
esref gani heyet.jpg

Qani, Taliban ilə sülh danışıqlarını aparacaq olan heyət ilə prezident aparatında reallaşdırdığı yığıncaqda sülh müzakirələri üçün yaranmış fürsətdən yaxşı istifadə edilməlidir deyib.

O vurğulayıb ki, Taliban ilə sülh danışıqlarına başlamaq üzrə Qətərə gedəcək nümayəndə heyəti Əfqanıstan hökumətini və xalqını təmsil edir. Heyət Əfqan xalqının 40 ildir gözlədiyi sülh danışıqlarına başlayacaq. Taliban Əfqanıstan hökuməti ilə danışıqlar aparmağa məcburdur. Qan axıdmaq uğur deyil. sülhün qazanan tərəfi uşaqlar, qadınlar və yetimlər olacaq.

Qeyd edə ki, Əfqanıstan prezidenti Qaninin başçılıq etdiyi hökumət üçün böyük təhlükə hesab edilən Taliban təşkilatı ölkənin müxtəlif bölgələrinə nəzarəti əlində tutub.

 



Әlaqәli Xәbәrlәr