İrandan İnstaqramın qǝrarına sǝrt reaksiya

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi, İnqilab Gözətçiləri Korpusu “SEPAH”-ın komandirlərinin hesablarını bağlayan Instaqrama sərt reaksiya verib.

1185491
İrandan İnstaqramın qǝrarına sǝrt reaksiya

Abbas Musəvi, dövlət telekanalında mövzu ilə bağlı etdiyi çıxışında hesabların bağlanmasına göstərilən səbəblərin qəbul edilməz olduğunu və qerarı qınadıqlarını ifadə edərək: “ Sosial şəbəkələrdən İnstaqramın qərarını qəbul edilməzdir. Bu addım Qərblilər və insan hüquqları ilə ifadə azadlığını müdafiə edənlərin öz siyasətlərini mənimsəməyənlərə qarşı dözümsüz olduqlarının göstəricisidir.

Qeyd edə ki, Sosial media şəbəkələrindən İnstaqram, ABŞ İran İnqilab Gözətçiləri Ordusunu rəsmi olaraq xarici terror təşkilatları siyahısına saldıqdan sonra Baş qərargah rəisi ordu general Məhəmməd Baqiri, İnqilab Gözətçiləri Ordusunun Baş Komandiri Məhəmməd Əli Cəfəri, Qüds Gücü Komandiri Qasim Süleymani, Silahlı Qüvvələr İnsan Resursları İdarəsinin Başçısı Musa Kəmali və İran Radio və Televiziya Şirkətinin keçmiş Başçısı İzzetullah Zerqaminin hesablarını bağladı.

ABŞ prezidenti Donald Tramp, 8 Apreldə İran İnqilab Gözətçiləri Korqusunu xarici terror təşkilatları siyahısına saldıqdan sonra, İran Milli Təhlükəsizlik Ali Şurası da buna cavab olaraq ABŞ Mərkəz Qüvvətlər komandirliyini terror təşkilatları siyahısına daxil etdi.



Әlaqәli Xәbәrlәr