“İnsteqram” İranlı  komandirin hesabı bağlandı

İnstaqram İran İnqilab Gözətçiləri Korpusunun  ölkə  xaricində hərbi kəşfiyyat əməliyyatlarını həyata  keçirən Qüds  qüvvələri  komandiri   Qasım Süleymaninin hesabını  bağladı.

1184341
“İnsteqram” İranlı  komandirin hesabı bağlandı

888  min  İnstaqram  izləyicisi   olan   Süleymaninin Instaqram   səhifəsinə  baxmaq  istəyənlər, hesabın  ləğv  edildiyi   xəbərdarlığı  ilə  qarşı-qarşıya  gəlirlər.  

Xatırladaq ki, 8 Apreldə ABŞ prezidenti Donald Tramp İran İnqilab Keşikçiləri  Korpusunu xarici terrorçu təşkilatları siyahısına  daxil  etdiyini   açıqladı.  İran Milli Təhlükəsizlik Yüksək Şurası isə, ABŞ_nın  qərarına   dərhal  reaksiya  verərək  ABŞ Mərkəzi Qüvvələri Komandirliyini terror təşkilatları siyahısına  saldığını   bildirdi. 9   Apreldə  isə  Süleymani  İnstaqram  hesabından  bir  video  paylaşaraq  ABŞ-nın   qərarını  sərt  sözlərlə  qınadı.  

Qeyd  edək  ki,  ABŞ-nın   İran  İnqilab  keşikçiləri   korpusunun  terror  siyahısına   salınmasına  dair  qərarı   dünən  rəsmiyyətdə  qüvvəyə  mindi.  

 



Әlaqәli Xәbәrlәr