"Akkuyu" atom elektrik stansiyasının 49 faizi satılır

"Akkuyu" atom elektrik stansiyasının 49%-nin satışına dair danışıqlar Türkiyənin xüsusi  və dövlət  şirkətləri  ilə davam  edir.

1183957
"Akkuyu" atom elektrik stansiyasının 49 faizi satılır

Bu  barədə Rusiya Dövlət Nüvə Enerji Şirkəti Rosatomun   rəhbəri  Aleksey Lihaçev  Soçi şəhərində keçirilən Atomexpo-2019 beynəlxalq  tədbirdə    etdiyi  çıxışında  məlumat verib.

 "Akkuyu" atom elektrik stansiyasına aid  səhmlərin  49%-ni  satmağa   hazır olduqlarını  ifadə edən Aleksey Lihaçev   mövzu  ilə   bağlı    Türk   şirkətləriylə   danışıqların  davam  etdiyini, əlaqəli   iclaslara   Türk  hökumətinin qatıldığını bildirib.

Xatırladaq ki,  Türkiyənin ilk nüvə- güc stansiyası   "Akkuyu"nun Rusiya  tərəfindən  inşasına  dair    razılaşma  2010-cu  ildə   imzalandı. 

Akkuyuda  inşa  ediləcək stansiya dörd reaktordan   təşkil  tapacaq.  Stansiyanın  ilk   hissəsinin  2023-cü ilədək istismara verilməsi planlaşdırılır.

Rusiya ilə  Türkiyə   arasında  imzalanmış   razılaşmaya  görə   Rosatom tərəfindən həyata keçiriləcək layihənin   49% xarici investorlara satıla bilər.



Әlaqәli Xәbәrlәr