Netanyahu seçkilǝrin qalibi oldu

10 Apreldə İsraildə parlamentinə keçirilən növbədən kənar seçkilərin nəticəsi açıqlandı.

1181801
Netanyahu seçkilǝrin qalibi oldu

Yediot Aharonot qəzetinin internet saytında yayımlanan xəbərlərə görə Mərkəzi Seçki Komissiyası, 36 deputat ilə parlamentdə təmsil hüququ əldə edən Baş nazir Binyamin Netanyahunun başçılığındakı Likud Partiyası seçkilərin qalibi olub. Bildirilir ki, Mavi-Ağ İttifaqı 120 üzvlü məclisdə 35 millət vəkili qazanıb. Keçmiş müdafiə naziri Aviqdor Liybermanın rəhbərlik etdiyi "İsrail evimiz" partiyası 5, Ərəb İttifaqı 6, Meretz (Güc) partiyası isə 5 millət vəkili ilə məclisdə təmsil haqqını əldə edib.  Nəticələrə  göstərir ki, yeni hökumət irqçi partiyaların ittifaqı ilə yaradıla bilər.

Mavi-Ağ İttifaqının iki liderindən biri olan Benni Qantz, qeyri-rəsmi seçki nəticələri açıqlandıqdan sonra verdiyi açıqlamada, seçki nəticələri radikal sağ partiyaların Netanyahunun başçılığında toplaşacağını göstərir  deyib.



Әlaqәli Xәbәrlәr