Liviyada səfərbərlik elan edildi

Liviya Milli Razılaşma Hökumətinin Rəhbərlik Şurasının sədri Fayiz əs-Sərrac general Xəlifə Hafterə tabe olan hərbi birliklərin paytaxt Trablusa yaxınlaşması səbəbindən səfərbərlik elan etdi.

1177144
Liviyada səfərbərlik elan edildi

Liviya Milli Razılaşma Hökumətinin Rəhbərlik Şurasının sədri Fayiz əs-Sərrac general Xəlifə Hafterə tabe olan hərbi birliklərin paytaxt Trablusa yaxınlaşması səbəbindən səfərbərlik elan etdi.

Milli razılaşma Hökumətinin Rəhbərlik Şurasının ofisindən verilən yazılı açıqlamaya görə, Sərrac ordudan və polis qüvvələrindən terrorçu, və ya cinayət təşkilatlarına, qeyri-qanuni qruplara, muzdlu əsgərlərə, və ya hər hansı bir Liviya şəhərinin təhlükəsizliyini təhdid edənlərə qarşı səfərbər olmalarını tələb edib.

Açıqlamada komandan olaraq səfərbərlik elan edən Sərracın bunları söylədiyi qeyd edilir: "Keçmişdə süni böhranlara qarşı soyuqqanlılığımızı qoruduq. Lakin öhdəsindən gəldiyimizi düşündüyümüz bu düşmən münasibəti mənimsəmədəki israra qarşı təlimatlar verdik və səfərbərlik elan etdik".

General Hafterin"terror qruplarının qalıqlarını təmizləmə" iddiası ilə ona tabe olan hərbi birliklərə ölkənin qərbindəki bölgələrə yönəlmə təlimatı verməsini kədərlə izlədiklərini bildirən Sərrac: "Liviya böhranının hərbi həlli yoxdur. Döyüş ölkəyə dağıntı, xalqa isə çətinlikdən başqa bir şey gətirməz" deyib.

Qeyd edək ki, Liviyanın şərqindəki hərbi qüvvələrin lideri general Xəlifə Hafter dünən axşam ona tabe olan hərbi birliklərə terror qruplarının qalıqlarını təmizləmək üçün ölkənin qərbindəki bölgələrə yönəlmə təlimatı vermişdi.

Liviyada Hafterə tabe olan hərbi qüvvələr yanvarın 15-də çadlı silahlı müxalif qrupları təmizləmək, insan qaçaqçısı dəstələrini bölgədən çıxarmaq, Əl Qaidə və DEAŞ terror təşkilatları ilə döyüşmək kimi səbəbləri əsas göstərərək ölkənin cənubuna əməliyyat başlatmışdı. Hafter qüvvələri əməliyyat çərçivəsində cənubda müxtəlif bölgələri ələ keçirmişdi.
 



Әlaqәli Xәbәrlәr