İranda təbii fəlakət nəticəsində həlak olanların sayı 70-ə çıxıb

İranda Fövqəladə Hallar üzrə Mərkəzin sədri Pir Hüseyn Kolivend 31 əyalətdən 25-də təsirli olan güclü yağışlara görə ölkə miqyasında həyatını itirənlərin sayının 70-ə çıxdığını açıqladı.

1177142

Kolivend İran dövlət televiziyasına verdiyi açıqlamada təbii fəlakət səbəbindən Fars əyalətində 23, Loristanda 14, Gülüstanda 8, Mazəndəranda 5, Həmadanda 5, Şimali Xorasanda 3, Koqiluye-Buyer Əhməddə 3, İsfəxan, Qəzvin və Znican əyalətlərinin hərəsində bir nəfər olmaqla cəmi 70 nəfərin həyatını itirdiyini bildirib.

Xuzistan, Mazəndəran və Loristan əyalətlərində 4 nəfərdən xəbər alına bilmədiyini vurğulayan Kolivend ölkə miqyasında 768 nəfərin isə yaralandığını qeyd edib.

Qeyd edək ki, İranın 25 əyalətində 17 martdan bəridir təsirli olan güclü yağışlar səbəbindən baş verən sel fəlakəti ciddi fəsadlar törədib və insanların həlakına səbəb olub.

İran Ədliyyə Tibb qurumunun sədri Əhməd Şucai dünən ölkə miqyasındakı daşqınlarda həyatını itirənlərin sayının 62 olduğunu açıqlamışdı.

Təbii fəlakətə görə humanitar yardıma ehtiyacı olan İrana yardım üçün hərəkətə kəçən Türkiyə Qırmızı Aypara Cəmiyyəti qıssa müddət əvvəl ölkəyə yardım materialı ilə mütəxəssis ekipaj göndərdi.

Әlaqәli Xәbәrlәr