İraq Baş naziri Körfəz ölkələrinə səfərə gedir

İraq Baş naziri Adil Abdulmehdi, Türkiyə başda olmaqla bəzi körfəz ölkələrinə səfərə gedir.

1176015
İraq Baş naziri Körfəz ölkələrinə səfərə gedir

Baş nazir Adil Əbdülmehdi, paytaxt Bağdadda həftəlik mətbuat konfransında bu barədə məlumat verib. O: "Qonşu ölkələr ilə bütün ixtilaflara son qoyaraq əlaqələrimizi irəli pillələrə qaldırmaq istəyirik. Bəzi ölkələr ilə aramızdaki problemlər uzun müddətdir davam edirdi. Ancaq ümumi dəyərlər əsasında bütün ölkələrlə əlaqələrizi yaxşılaşdıracaq siyasət izləməkdə davam edirik. Bu çərçivədə Türkiyə başda olmaqla körfəz ölkələrinə rəsmi səfər reallaşdıracağam”.

Səudiyyə Ərəbistanından gələcək 90 nəfərlik yüksək səviyyəli nümayəndə heyətini bu gün Bağdadda qəbul edəcəyini ifadə edən Baş nazir iki həftə ərzində Səudiyyə Ərəbistanına reallaşdıracağı səfəri çərçivəsində baş tutacaq danışıqlarda iki ölkə arasındakı ticarət əlaqələri, gömrük məsələsi və İraqlıların Həc ziyarəti kimi mövzuları təhlil edəcəklərini bildirib.

Qeyd edək ki, İraq Baş naziri vəzifəyə başladığı 26 Oktyabr 2018-ci ildən bəri başda İran olmaqla bir çox ölkədən nümayəndə heyətinin Bağdada səfərinə baxmayaraq təkcə Misirə gedib.



Әlaqәli Xәbәrlәr