İrandakı sel fəlakətində ölənlərin sayı 62 nəfərə çatdı

Ölkədə 2 həftədən bəri davam edən sel fəlakətində həyatını itirənlərin sayı 57-ə, yaralı sayı isə 478- nəfərə çatıb.

1176053
İrandakı sel fəlakətində ölənlərin sayı 62 nəfərə çatdı

İran fövqəladə hallar idarəsinin sözçüsü Müctəba Halidi bu barədə məlumat yayıb.

Bildirib ki, Fars əyalətini təsiri altına alan sel fəlakəti nəticəsində əyalətin mərkəz şəhəri Şirazda 21, Gülüstan əyalətində 8, Mazəndəran əyalətində 5, Şimali Xorasan əyalətində 3, Koqiluye-Buyer Əhməd əyalətində 2, Loristanda 14, Həmədanda 5 və Xorasani Rəzəvi, Simnan, Xuzistan, Kermanşah, Zəncan, Qəzvin və İlam əyalətlərinin hər birində 1 nəfər olmaqla 62 nəfər həyatını itirib. 478 nəfər yaralanıb. Onlardan 430-u xəstəxanalarda yerləşdirilib.

 İran rəsmi informasiya agentliyi IRNA-nın xəbərinə görə Loristan əyalətindəki daşqınlar səbəbiylə 620 kənd yolu bağlanıb. Kirmanşah əyalətində son 48 saatda yağan yağış səbəbiylə 350 körpü və su kanalında xəsarət yaranıb.



Әlaqәli Xәbәrlәr