İraqda bərə batıb: 40 nəfər ölüb

İraqın Mosul şəhərində Dəclə çayı üzərindəki bir bərənin batması nəticəsində ən azı 40 nəfər həyatını itirib.

1168227
İraqda bərə batıb: 40 nəfər ölüb

İraqın Mosul şəhərində Dəclə çayı üzərindəki bir bərənin batması nəticəsində ən azı 40 nəfər həyatını itirib.

İraq səhiyyə və xəstəxana qaynaqları həyatını itirənlər arasında uşaq və qadınların da olduğunu bildiriblər.

Qəzada həyatını itirənlər arasında turistlərin də olduğu ifadə edilib.

Bərəyə tutumundan daha çox insan mindiyi və qəzanın bu səbəbdən baş verdiyi də irəli sürülür.  

Bərədə ən azı 200 nəfərin olduğu da iddialar arasındadır.



Әlaqәli Xәbәrlәr