Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr İdlibә ağır zәrbәlәr endirdi

Hücum nәticәsindә  iki dinc sakin hәlak olub, çox sayda adam da xәsarәt alıb.

1159622
Bәşәr Әsәd rejiminә sadiq qüvvәlәr İdlibә ağır zәrbәlәr endirdi

 

 

Bәşәr Әsәdә sadiq qüvvәlәr  vә İranın dәstәklәdiyi terror qruplaşmaları Suriyanın İdlib şәhәrindәki tәhlükәsiz bölgәlәrә hücum etmәyә davam edir.

Hücum nәticәsindә  iki dinc sakin hәlak olub, çox sayda adam da xәsarәt alıb.

Rejim qüvvәlәri İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrini artilleriya atәşinә tutub.

 

Mәlumata әsasәn, rejim qüvvәlәri  vә İranın dәstәklәdiyi terror qruplaşmaları İdlibin Xan Şeyxun Serakib, Maarratinuman, Cisirәş әş Suğur qәsәbәlәrinә, Bidama bölgәsinә,  Hama şәhәrinin şimalında yerlәşәn Latamine, Morik  vә Kefer Zita qәsәbәlәri ilә Ziyare, Haviz, Havice kәndlәrini top atәşinә tutmağa davam edir.

Bu barәdә  ‘‘Ağ dәbilqәlilәr’’ tәşkilatının rәsmisi Mustafa Hac Yusif  mәlumat verib.

Mәlumata görә, rejim qüvvәlәri  İdlib vә Xama şәhәrlәrindәki yaşayış mәntәqәlәrinә ağır zәrbәlәr endirib.

Rejim qüvvәlәrinin  İdlibdәki tәhlükәsiz bölgәdә yerlәşәn vә Soçi razılaşması çәrçivәsindә iri çaplı silahlardan tәmizlәnmiş bölgәdәki yaşayış mәntәlәrinә endirdiyi zәrbәlәr nәticәsindә  iki dinc sakin hәlak olub, altı nәfәr dә xәsarәt alıb.

Rejim qüvvәlәrinin Sakarib qәsәbәsinә tәşkil etdiyi zәrbәlәr nәticәsindә iki nәfәr hәlak olub, 6 nәfәr dә xәsarәt alıb.

Bәşәr Әsәdә sadiq qüvvәlәrin bu ilin әvvәlindәn etibarәn İdlibә endirdiyi zәrbәlәr nәticәsindә 111 nәfәr hәlak olub, 300-dәn çox adam da xәsarәt alıb.

Rejim qüvvәlәri Türkiyә ilә Rusiya arasında İdlib ilә bağlı әldә olunan razılaşmaya baxmayaraq bölgәyә vaxtaşırı hücum etmәyә davam edir.


Etiketlәr: #İdlib , #hücum , #Suriya

Әlaqәli Xәbәrlәr