Qüdsdə yenə 5 fələstinli nəzarətə götürüldü

İsrail işğal qüvvələri Qüdsdə 5 fələstinlini də nəzatərə götürüb.

1157953
Qüdsdə yenə 5 fələstinli nəzarətə götürüldü

Fələstin İnformasiya Mərkəzinin xəbərinə görə, İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən qarşıdurmadan sonra 5 fələstinli nəzarətə götürülüb.

  Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 6 min fələstinli var və bu say durmadan artır.



Әlaqәli Xәbәrlәr