İraq İrandan elektrik idxalına başladı

2019-cu ilin sonuna dək İraq İrandan elektrik enerjisi idxal edəcək. İraqın elektrik enerjisi üzrə naziri Luey əl-Hatib paytaxtı Bağdadda jurnalistlərə açıqlamasında bu barədə danışıb.

1157450
İraq İrandan elektrik idxalına başladı

Nazir bildirib ki, "İrandan elektrik enerjisi idxalı müvəqqəti haldır. Qonşu ölkədən elektrik enerjisi idxalımız, elektrik istehsalına dair lazımlı hazırlıqlarımız tamamlanana dək davam edəcək”.

Nazir bu ölkədən satın aldıqları elektrik enerjisi borcunun iki ölkə arasındakı mövcud bankdarlıq sistemi çərçivəsində ödənəcəyini bildirib. İraq uzun illər müharibə və qarşıdurmalar nəticəsində elektrik infrastrukturu məhv olduğu üçün İrandan elektrik enerjisi satın alır.

Qeyd edək ki, İraqda elektrik enerjisinin kəsilməməsi üçün 23 min meqavat saat elektrik enerjisi tələb olunur. Yay fəslində hava istiliyinin 50 dərəcə olmasına baxmayaraq ölkə ərazilərində tez-tez elektrik kəsilir.



Әlaqәli Xәbәrlәr