Cavad Zǝrif  istefa  etdi

İran xarici işlər naziri Məhəmməd Cavad Zərifin vəzifəsindən istefa verdi.

1152531
Cavad Zǝrif  istefa  etdi

Zərif bu barədə rəsmi sosial media hesabı İnstaqramda yazıb. O, vəzifəsinə davam edə bilməyəcəyini vurğulayaraq, "Əziz və cəsur İran milləti ilə dəyərli səlahiyyətlilərə geridə qalan 47 ay ərzində göstərdikləri nəzakət üçün təşəkkür edirəm. Vəzifə müddətində yerinə yetirə bilmədiyim xidmətlərdən və nöqsanlardan dolayı səmimiyyətlə üzr istəyirəm. Salamat qalın", - sözlərini qeyd edib. İran Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Abbas Musəvi İran rəsmi xəbər agentliyi "IRNA"ya verdiyi açıqlamada Zərifin istefasını təsdiqləyib. Nazirin istefa səbəbinə dair, hələ ki, açıqlama verilməyib.

 



Әlaqәli Xәbәrlәr