Soçi görüşünün yekun bəyannaməsi

Görüşün yekun bəyannaməsində “Liderlər Suriyada separatçı terror təşkilatlarının əleyhinə mövqe ortaya qoymaqda qətiyyətli olduqlarını ifadə etdilər” deyildi.

1145713
Soçi görüşünün yekun bəyannaməsi

Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə Rusiyanın Soçi şəhərində keçirilən “Suriya” mövzulu Türkiyə-Rusiya-İran üçtərəfli zirvə görüşündən sonra liderlərin birgə bəyannaməsi yayımlandı.

Görüşün yekun bəyannaməsində “Liderlər Suriyada separatçı terror təşkilatlarının əleyhinə mövqe ortaya qoymaqda qətiyyətli olduqlarını ifadə etdilər” deyildi.

Yayılan açıqlamada bildirildi ki, liderlər Suriyanın suverənliyi, müstəqilliyi, birliyi və torpaq vahidliyinə olan qətiyyətli qərarlarını dilə gətirdilər. ABŞ-ın hərbi qüvvələrini Suriyadan çıxarma qərarı həyata keçiriləcəyi təqdirdə, bunun, ölkənin sabitliyilə təhlükəsizliyinin gücləndirməsinə töhfə verəcəyi vurğulandı. Liderlər İdlib deeaskalasiya bölgəsində atəşkəs qərarının pozulma hallarının azaldılması üçün konkret addımlar atılması barədə razılıq da əldə etdilər. Dövlət başçıları terror təşkilatları ilə mübarizədə aralarındakı əməkdaşlığı davam etdirmək mövzusunda qətiyyətli olduqlarını təsdiqlədilər.

Liderlər Suriya məsələsinin hərbi yolla həll edilə bilməyəcəyinə və böhranın sadəcə suriyalıların rəhbərliyində və ev sahibliyində BMT Təhlükəsizlik Şurasının qərarına uyğun siyasi proses vasitəsilə sona çatdırıla biləcəyinə dair inanclarını bir daha dilə gətirdilər.

Üç  zamin ölkə lideri həmçinin, Suriyada Konstitusiya Komitəsinin yaxın zamanda qurulması prosesinə sürət qazandırılmasına dair qərarlarını bir daha təsdiqlədilər.

Liderlər rejim və müxalifət tərəfindən əsir götürülənlərin qarşılıqlı sərbəst buraxılmasından duyduqları məmnunluğu da dilə gətirdilər.

Rusiyanın Soçi şəhərində keçirilən “Suriya” mövzulu Türkiyə-Rusiya-İran üçtərəfli zirvə görüşündən sonra yayılan yekun bəyannamədə Suriyaya edilən yardımı artırmaları üçün başda BMT və humanitar yardım təşkilatları olmaqla beynəlxalq ictimaiyətə çağırış edildi. Ayrıca qaçqınların və ölkə daxilində ev-eşiklərindən edilən insanların Suriyada öz evlərinə qayıtmalarına imkan yaradılması üçün addımların atılmasının vacibliyi dilə gətirildi.

Liderlər Astanada sayca 12-ci dəfə keçiriləcək sonrakı Suriya mövzulu beynəlxalq yığıncağın mart ayında təşkil edilməsi barədə razılıq da əldə etdilər.

Daha sonrakı üçtərəfli görüşün isə Türkiyədə keçirilməsi qərara alındı.



Әlaqәli Xәbәrlәr