İsrailli əsgərlər Fələstinli qadını öldürdü

Qüds şəhərinin şərqindəki Zayyem hərbi nəzarət məntəqəsində İsrail işğal qüvvələrinin atəş açdığı fələstinli qadın həlak olub.

1135837
İsrailli əsgərlər Fələstinli qadını öldürdü

Qadının İsrail əsgərlərinə bıçaqla hücum etdiyi üçün öldürüldüyü irəli sürülüb. Fələstin Qırmızı Aypara Cəmiyyəti təcili tibbi yardım briqadalarının fələstinli qadına tibbi müdaxilə etməsi və onun xəstəxanaya çatdırılmasına İsrail qüvvələri tərəfindən maneə törədildiyini bildirib. Daha sonra Fələstin Səhiyyə Nazirliyindən yayılan məlumata görə qadın həyatını itirib. İsrail mənbələri isə hadisə zamanı İsrail əsgərlərindən yaralanan olmadığını bildiriblər. Həyatını itirən fələstinli qadının kimliyi hələ müəyyənləşməyib.



Әlaqәli Xәbәrlәr