Fələstinin Baş naziri istefa ərizəsini təqdim etdi

Fəth Hərəkatı Mərkəzi Komitəsi yeni hökumətin qurulması istiqamətində tövsiyə qərarı qəbul etdikdən sonra Fələstinin Baş naziri Rami əl-Hamdallah istefa ərizəsini dövlət başçısı Mahmud Abbasa təqdim etdi.

1135225
Fələstinin Baş naziri istefa ərizəsini təqdim etdi

Fəth Hərəkatı Mərkəzi Komitəsi yeni hökumətin qurulması istiqamətində tövsiyə qərarı qəbul etdikdən sonra Fələstinin Baş naziri Rami əl-Hamdallah istefa ərizəsini dövlət başçısı Mahmud Abbasa təqdim etdi.

Fələstin hökumətinin həftəlik toplantısından sonra verilən yazılı açıqlamada Baş nazir Hamdallahın istefasını təqdim etdiyi, yeni hökumət qurulana qədər mövcud hökumətin rəhbərliyində qalmağa davam edəcəyi ifadə edildi.

Açıqlamada Hamdallahın yeni hökumətin qurulması üçün məsləhətləşmələrin mümkün qədər tez olacağına ümid etdiyi bildirilir.

Mərkəzi Komitənin İordan çayının işğal altındakı qərb sahilində yerləşən Ramallah şəhərində bazar günü dövlət başçısı Mahmud Abbasın sədrliyi ilə keçirilən toplantısından sonra verilən yazılı açıqlamada yeni hökumətin qurulması və eyni zamanda, Fələstin Qurtuluş Təşkilatının nəzdindəki qruplarla bu mövzuda məsləhətləşmələr aparmaq üçün bir komitənin yaradılması ilə bağlı tövsiyə qərarının qəbul edildiyi bildirildi.

Fələstin Qurtuluş Təşkilatı Ərəb Birliyi və Birləşmiş Millətlər Təşkilatı tərəfindən fələstinlilərin yeganə təmsilçisi kimi qəbul edilir.

Fələstin Qurtuluş Təşkilatının nəzdində Fəth və Fələstin Xalq Qurtuluş Cəbhəsi ilə yanaşı Fələstin Qurtuluş Cəbhəsi, Ərəb Qurtuluş Cəbhəsi və Fələstin Xalq Partiyası kimi qruplar vardır.

Həmasın Qəzzada hakimiyyətə gəldiyi 2007-ci ildən etibarən Fələstin ərazilərində siyasi bölünmə yarandı. Son olaraq Misirin paytaxtı Qahirədəki müzakirələr çərçivəsində 12 oktyabr 2017-ci ildə Fələstindəki bölünməyə son qoyan "razılıq müqaviləsi" imzalanmışdı.
 



Әlaqәli Xәbәrlәr