V.Putin “Türk dostlarımızın maraqlarına hörmət edirik”

"Türk dostlarımızın maraqlarına hörmət edirik, xüsusilə sərhədlərində təhlükəsizliyin bərpasına". Bunu Rusiya Dövlət Başçısı Vladimir Putin prezident Ərdoğan ilə kremlin sarayında baş tutan görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.

1131958
V.Putin “Türk dostlarımızın maraqlarına hörmət edirik”

Prezident Ərdoğan ilə səmərəli görüş keçirdiyini ifadə edən Putin Suriyadakı böhranı siyasi və diplomatik yollarla sona çatdırmağa çalışdıqlarını bildirib. O vurğulayıb ki: “Suriya məsələsinə daimi həll yolu tapmaq istəyirik. Ancaq bu siyasi və diplomatik yollarla reallaşmalıdır. ABŞ-nın Suriyadan əsgərlərini çıxarma qərarını yüksək qiymətləndiririk. Suriya ilə əlaqəli növbəti üçtərəfli liderlər toqlantını Moskvada təşikl etməyi planlaşdırırıq. Bölgədəki bütün terror təşkilalarına qarşı mübarizədə əməkdaşlığa zərurət olduğu mövzusunda Türkiyə ilə həmfikirik. Türkiyə, Rusiya və İran BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi ilə koordinasiya çərçivəsində Suriyada konstitusiya komitəsinin yaradılmasına dair işlər aparır. Ancaq bütün tərəflər arasında dialoq olmalıdır”-deyə prezident Putin vurğulayıb.



Әlaqәli Xәbәrlәr