Almatı şəhərində vertolyot qəzaya düşdü

Qazaxıstanın Almatı şəhərində qəzaya düşən vertolyotun pilotu həyatını itirdi.

1127964
Almatı şəhərində vertolyot qəzaya düşdü

Qazaxıstan Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar Dövlət Komitəsinin nümayəndəsi Nurlan Nurahmetov qəza ilə əlaqəli açıqlamasında, Sky Service şirkətinə məxsus “Eurocopter” 130 tipli vertolyotun yerli vaxtla saat 16.05-də Almatı şəhərində “Alatau” xüsusi sanatoriya ərazisinə düşdüyünü bildirib. O qeyd edib ki, qəza nəticəsində yaralanan pilot xəstəxanaya qaldırılarkən yolda həyatını itirib. Qəzanın səbəbinə dair məlumat verməyib.

 



Әlaqәli Xәbәrlәr