İsrail  əsgərləri  daha  bir Fələstinlini şəhid  etdilər

İsrail əsgərləri işğal altındakı İordan çayının qərb sahilinin mərkəzində yerləşmiş Ramallahın Əl-Bire rayonunun yaxınında daha bir Fələstinlini şəhid etdilər.

1111034
İsrail  əsgərləri  daha  bir Fələstinlini şəhid  etdilər

Fələstin Səhiyyə Nazirliyindən yayılan bəyanatda bildirilir ki, İsrail əsgərlərinin avtomobilinə atəş etmələri nəticəsində  Fələstinli həyatını itirib.

Nazirliyin açıqlamasında hücumun səbəbinə dair məlumat verilməyib. Şəhid olan Fələstinlinin şəxsiyyətinin hələ müəyyən edilmədiyi bildirilib.

İsrail mətbuatı isə, hadisənin keçid məntəqəsində baş verdiyini, əsgərlərin yaxınlaşan şəxsdən şübhələndikləri üçün atəş etdiklərini irəli sürüb.

Qeyd edək ki, 2018-ci il, İordan çayının qərb sahilində Fələstinlilirə istiqamətli hücumlarda 6% artım qeydə alınıb. Bunu İsrail mediası bildirir.

Yedioth Ahronoth qəzetinin xəbərinə görə, 2017-ci ildə yəhudilər tərəfindən Fələstinlilərə 79 hücum təşkil edilərkən, 2018-ci ildə 127-ǝ  çatıb.

 



Әlaqәli Xәbәrlәr