"Türkiyənin təcili müdaxiləsini xahiş edirik"

Bunu Suriya Türkmən və Ərəb Tayfaları Birliyi prezident Rəcəb Tayyib Ərdoğanın "Fərat Qlaxanı" bölgəsinin separatçı terror təşkilatından xilas etmək isrtiqamətindəki əməliyyatın bir neçə gün ərzində başlayacağı ilə bağlı açıqlamasından sonra bildirdi.

1106245
"Türkiyənin təcili müdaxiləsini xahiş edirik"

 

Suriya Türkmən və Ərəb Tayfaları Birliyi prezident Rəcəb Tayyib Ərdoğanın "Fərat Qlaxanı" bölgəsinin separatçı terror təşkilatından xilas etmək isrtiqamətindəki əməliyytın bir neçə gün ərzində başlayacağı ilə bağlı açıqlamasından sonra terror təşkilatı YPG/PKK tərəfindən işğal edilən torpaqlarına geri qayıtmaq üçün Türkiyədən bölgəyə təcili müdaxilə gözlədiklərini bildirdi.

Birlikdən verilən yazılı bəyanatda terror təşkilatı YPG/PKK tərəfindən torpaqlarından qovulan Türkmən, ərəb və kürdlərin Ərdoğanın terror təşkilatı YPG/PKK-nın olduğu bölgələrə əməliyyat keçiriləcəyi barəsindəki açıqlamasını sevinclə qarşıladıqlarını bildirildi.

Bu əməliyyatın tərk etmək məcburiyyətində qaldıqları evlərinə dönmək üçün bir "ümid işığı" olduğu qeyd edilən bəyanatda deyilir: "Minlərlə günahsız insanı vətənlərindən ayıran, evlərini və kəndlərini yandıran, uşaqları zorla döyüşlərə cəlb edən, torpaqlarımızda narkotik bitkilər əkib, satan terror təşkilatı YPG/PKK saymaqla bitməyən pozuntular etdi və etməyə də davam edir. Öz torpaqlarıımıza geri qayıtmaq və separatçı terror təşkilat başçısının muzdlu terrorçularını təmizləmək üçün Türkiyənin təcili müdaxilə etməsini xahiş edirik. Türkiyə daha əvvəlki əməliyyatlarında müvəffəqiyyət əldə etmişdi, bu əməliyyatda da uğur qazanacağına inanırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın terror mövzusundakı həssaslığını da təqdir edirik. Bir suriyalı kimi hər zaman Türkiyənin yanında olduq, bu əməliyyatda da yanında olacağıq. Türk ordusunun işğalçı terror təşkilatı YPG/PKK-nı torpaqlarımızdan təmizləyəcəyinə və evlərimizə geri qayıdacağımıza inanırıq".

 

 

 



Әlaqәli Xәbәrlәr