Misirdə sabiq Ədliyyə naziri nəzarətə götürüldü

Misirdə, demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursi dövrünün Ədliyyə naziri Əhməd Süleyman saxlanılıb.

1102631
Misirdə sabiq Ədliyyə naziri nəzarətə götürüldü

Misirdə, demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursi dövrünün Ədliyyə naziri Əhməd Süleyman saxlanılıb.
 
 Misirin "Ahram" qəzetinin yaydığı xəbərə görə, Milli Təhlükəsizlik prokuroru keçmiş Nazir Əhməd Süleymanın 15 gün nəzarətdə saxlanılmasına qərar verib.
 
 Xəbərdə prokurorluğun uzun müddətdir apardığı istintaq çərçivəsində nəzarətə götürülən Süleymana "qeyri-qanuni təşkilata üzv olmaq, dövlətin təhlükəsizliyini təhdid etmək və ölkə maraqlarına zərər vermək məqsədilə dövlətə qarşı olan qruplarla əlaqəyə keçmək" kimi ittihamlar irəli sürdüyü qeyd edilir.
 
 Ötən gün misirli müxalifətçilər sabiq nazir Əhməd Süleymanın təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə alındığını bildirmiş, lakin məsələ ilə bağlı detallı məlumat verməmişdilər.
 
2013-cü ilin martında dövrün prezidenti Məhəmməd Mursi tərəfindən Ədliyyə naziri vəzifəsinə gətirilən Süleyman 3 iyul 2013-cü il tarixində Mursinin hərbi çevrilişlə devrilməsinə etiraz olaraq vəzifəsindən istefa vermişdi.



Әlaqәli Xәbәrlәr