İraqda kabinet üzvlərinin müəyyənləşdirilməsi prosesində böhran yarandı

İraqın Baş naziri Adil Əbdülmehdi Məclisdə dünən  keçirilən iclasda baş verən "xaos" mühiti və siyasi qruplar arasında münaqişənin kritik 8 nazirin adında razılıq əldə olunmaması ilə nəticələndiyini bildirdi.

1100708
İraqda kabinet üzvlərinin müəyyənləşdirilməsi prosesində böhran yarandı

İraqın Baş naziri Adil Əbdulmehdi Məclisdə dünən  keçirilən iclasda baş verən "xaos" mühiti və siyasi qruplar arasında münaqişənin kritik 8 nazirin adında razılıq əldə olunmaması ilə nəticələndiyini bildirdi.  

 Əbdülmehdi Bağdadda yerləşən Baş Nazirliyin ofisində keçirdiyi həftəlik mətbuat konfransında deyib ki, iclasda 8 nazirin adını elan etdim. 171 millət vəkilinin iştirakı ilə keçirilən iclasda bir anda xaos baş verdi və iclasın davam etməsinə mane olundu. Məclisin kabinetə səs verməsi üçün yenidən iclas keçirməsini gözləyirik. Kabinet üçün təqdim edilən, ancaq qəbul edilməyən namizədləri dəyişə bilərəm, bunun üçün alternativ namizədlər var.

 Baş nazir Əbdülmehdi İraqda xüsusilə yüksək səviyyəli vəzifələrdə olan rəsmilərin korrupsiya işlərinə baxılması üçün "Korrupsiyaya Qarşı Mübarizə Ali Şurası" quracaqları məlumatını da verərək, korrupsiya edənlərin cəzalandırılacağını bildirib.

 Bundan başqa, hökumət binaları və bəzi xarici missiya nümayəndəliklərinin yerləşdiyi nəzarət altındakı Yaşıl bölgənin əhalinin istifadəsinə və yol hərəkətinə açılması işlərinin davam etdiyini dilə gətirən Əbdülmehdi “Bunun üçün işlərin tamamlanmasını gözləyirik. İllərlə istifadə edilməyən tunellər və körpülər təmir edilməlidir” deyə bildirib.

Qeyd edək ki, İraqın Baş naziri Adil Əbdülmehdi srağa gün müvəqqəti təyin olunan 8 nazirlik üçün namizədlərin tərcümeyi-halını məclisə göndərmişdi. Daxili İşlər Nazirliyinə keçmiş Milli Təhlükəsizlik müşaviri Falih Feyyadı (Haşdi Şabi qruplarının namizədi) namizəd kimi irəli sürmüşdü. Sədr qrupu isə Feyyadın namizədliyinin əleyinə olduğunu bildirmişdi.

 Müdafiə Nazirliyi üçün isə keçmiş Baş nazir İyad Allavinin "Vətəniyyə" koalisiyasının namizədi Faysal el-Verbanın (Səddam dövrünün komandanlarından) adı çəkilir. Buna da digər sünni qruplar etiraz edir. Əbdülmehdi Ədliyyə Nazirliyinə kürd, Mədəniyyət Nazirliyinə də xristian namizəd göstərdikdə, Türkmənlərin hökumətdə yer almaması diqqət çəkir.



Әlaqәli Xәbәrlәr