Daha 21 Fǝlǝstinli  nǝzarǝtǝ  götürüldü

İsrail  qüvvǝlǝrinin   işğal  altındakı   İordan çayının qərb sahilinə  basqınları  zamanı  21 fələstinli nəzarətə götürülüb. Bu barədə İsrail ordusundan açıqlama verilib. Bildirilib  ki,  saxlanılanlar terror aksiyalarına qoşulublar.

1100977
Daha 21 Fǝlǝstinli  nǝzarǝtǝ  götürüldü

Qeyd edək ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə tez-tez evlərə basqın edən İsrail qüvvələri müxtəlif iddialarla fələstinliləri nəzarətə götürür. İsrail rejimi həbsxanalarında 300-ü uşaq olmaqla, təxminən 7 min fələstinli var və bu say durmadan artır.



Әlaqәli Xәbәrlәr