Mauritius Qətərlə diplomatik əlaqələri bərpa etdi

Qətərə qarşı blokadaya qoşulan Şərqi Afrika ölkəsi Mauritius Respublikası Çad və Seneqaldan sonra Doha rəhbərliyi ilə yenidən diplomatik əlaqələr quran üçüncü ölkə oldu.

1099890
Mauritius Qətərlə diplomatik əlaqələri bərpa etdi

Qətərə qarşı blokadaya qoşulan Şərqi Afrika ölkəsi Mauritius Respublikası Çad və Seneqaldan sonra Doha rəhbərliyi ilə yenidən diplomatik əlaqələr quran üçüncü ölkə oldu.
 
 Qətər Xarici İşlər Nazirliyindən bununla bağlı verilən məlumatda deyilir: "Mauritiusun Dohadakı səfiri Rəşid Əli Subeydar etimadnaməsini Xarici İşlər Nazirliyinin Baş katibi Əhməd ibn Həsən əl-Hamadiye təqdim etdi".
 
Məlumatda Hamadinin səfir Subeydara vəzifəsində uğurlar arzuladığı və ikitərəfli əlaqələrin müxtəlif sahələrdə daha yaxın əməkdaşlığa çevrilməsi üçün hər növ dəstək verəcəklərini vurğuladığı bildirilir.
 
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri 5 iyun 2017-ci il tarixində birgə qərar qəbul edərək, Qətərlə diplomatik əlaqələrini kəsdiklərini bildirmişdilər.
 
Bu ölkələr Qətərə qarşı iqtisadi və siyasi blokada tətbiq etməyə başlamışdılar.
 
 Blokadanın sonra Qətərdəki səfirlərini geri çağıran Seneqal 2017-ci ilin avqustunda, Çad isə 2018-ci ilin fevralında Dohaya yenidən səfir göndərmişdilər.
 
 Qətərə blokada tətbiq edən 4 ölkə münasibətlərin düzəldilməsi üçün Doha rəhbərliyinə İran ilə əlaqələrin kəsilməsi, "Al Jazeera" telekanalının bağlanması kimi şərtlərin olduğu 13 maddəlik tələb siyahısı təqdim etmiş, Qətər isə beynəlxalq hüquqa zidd olan heç bir tələbin qəbul edilməyəcəyini bildirmişdi.



Әlaqәli Xәbәrlәr