İraqda terror aktı nəticəsində 5 nəfər ölüb

İraqın Tikrit şəhərində minalanmış avtomobilin partlaması nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

1090266
İraqda terror aktı nəticəsində 5 nəfər ölüb

İraqın Tikrit şəhərində minalanmış avtomobilin partlaması nəticəsində 5 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Bu barədə İraqın təhlükəsizlik orqanlarının mətbuat xidməti məlumat yayıb.

"Səlahəddin əyalətinin Tikrit şəhərinin Atıbba küçəsində minalanmış avtomobilin partladılması ilə törədilən terror aktı 5 vətəndaşın ölümünə səbəb olub, 16 nəfər yaralanıb", - deyə mətbuat xidmətinin müdiri Numan əl-Cuburi bildirib.

Hadisə ilə əlaqəli istintaqa başlandığını qeyd edən Cuburi hücumun məsuliyyətini hələ üzərinə götürən olmadığını, ancaq son vaxtlarda  ölkədə hücumlarını artıran terror təşkilatı DEAŞ-ın məsul olduğunu deyib.

İraqlı hərbi məsullar 2017-ci ilin dekabr ayında DEAŞ-ın ölkədəki hərbi mövcudluğunun böyük nisbətdə sona çatdığını elan etməsinə baxmayaraq təşkilata məxsus sabit qruplar arabir Mosul, Səlahəddin, Ənbar və Kərkükdə təhlükəsizlik qüvvələri və mülki vətəndaşları hədəf götürən hücumlar həyata keçirir.



Әlaqәli Xәbәrlәr