İsrail əsgərləri bir fələstinlini şəhid etdilər

İsrail əsgərlərinin mühasirədə olan Qəzza zolağı sərhədində keçirilən sülh "Böyük Qayıdış Yürüşü" aksiyalarına müdaxiləsi nəticəsində bir fələstinli şəhid oldu.

1084520
İsrail əsgərləri bir fələstinlini şəhid etdilər

 Qəzzadakı Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kudra  Deyr əl-Bəlah şəhərinin şərqində keçirilən "Böyük Qayıdış Yürüşü" aksiyalarında bir fələstinlinin İsrail əsgərlərinin açdığı atəş nəticəsində şəhid olduğunu bildirdi.
 
 Xatırladaq ki, fələstinlilər martın 30-dan bu yana mühasirədə olan Qəzza zolağının İsrail sərhədində "Böyük Qayıdış Yürüşü" adı altında dinc aksiyalar keçirirlər.
 
 İsrail əsgərləri isə sürgün edildikləri torpaqlarına qayıtmağı və 2006-cı ildən etibarən Qəzzanın qeyri-qanuni mühasirəsinin aradan qaldırılmasını  tələb edən dinc əhalinin üzərinə həqiqi güllələrlə atəş açırlar.
 
 İsrail əsgərlərinin martın 30-dan bu günədək davam edən dinc aksiyalara müdaxiləsi nəticəsində 200-dən artıq fələstinli şəhid olub.



Әlaqәli Xәbәrlәr