İranda terror  aktına hazırlaşan 15 nəfər saxlanılıb

İranın cənub-qərbindəki Xuzistan əyalətində Ərbəin mərasimlərinə hücuma hazırlaşan 15 nəfər saxlanılıb.

1074039
İranda terror  aktına hazırlaşan 15 nəfər saxlanılıb

Bu barədə İran kəşfiyyat naziri Mahmud Ələvi İraq sərhədindəki Şələmçə sərhəd-keçid məntəqəsində dövlət  telekanalına  verdiyi  açıqlamada  bildirib  ki,  “Ərbəin mərasimlərinə qatılmaq üçün İraqın Kərbəla şəhərinə hərəkət edən insanlara hücum hazırlığında olan 3 terror qrupu zərərsizləşdirildi”. Ələvi nəzarətə alınanların kamikadze hücumuna hazırlaşdıqlarını bildirərək, "Son günlərdə Xuzistanda 3 terror qrupuna mənsub 15 nəfər müəyyən edilərək, yaxalanıb", - deyib. Qeyd edək ki, İranın cənub-qərbində İraq sərhədində yerləşən Xuzistan əyaləti hər il Ərbəin mərasimlərinə qatılmaq üçün İraqın Kərbəla şəhərinə gedən yüz minlərlə zəvvarın keçidinə səhnə olur. Həzrəti Məhəmməd peyğəmbərin nəvəsi İmam Hüseyn ilə onu  müşayiət  edən  71 nəfərin Miladi təqvimi ilə 10 oktyabr 680-ci ildə (Hicri təvimi ilə 10 məhərrəm 61-ci ildə) Kərbəla şəhərində şəhid edilmələri hər il Aşura günündə anılır. Hicri təqvimə görə Aşura günündən 40 gün sonra keçirilən anım tədbirləri Ərbəin (qırxıncı gün) mərasimləri adlandırılır.



Әlaqәli Xәbәrlәr