İranda işçilər etiraz aksiyası keçirdi

Sosial mediada yer alan görüntülərdə işçilərin tədris korpusunun giriş qapısını çömçə ilə bağladıqları görünür.

1050400
İranda işçilər etiraz aksiyası keçirdi

  İranın Huzistan əyalətinə bağlı Abadan şəhər bələdiyyəsində çalışan onlarla işçi 3 aydan bəri maaşlarını almadıqları üçün bələdiyyə tədris korpusu qarşısında etiraz aksiyası keçirib.

 Sosial mediada yer alan görüntülərdə işçilərin tədris korpusunun giriş qapısını çömçə ilə bağladıqları görünür.

 Adının açıqlanmasını istəməyən bir işçi tikinti və təmir sektorunda çalışan təxminən 80 işçinin əmək haqlarını 3 aydır almadığını və sosial haqlarının verilmədiyini bildirib.

  Qeyd edək ki, İrandakı iqtisadi böhranla əlaqədar bəzi iş verənlər işçilərin əmək haqlarını ödəməkdə çətinlik çəkir.



Әlaqәli Xәbәrlәr