Liviyada 8 ayda 130-dan çox mülki vətəndaş həlak olub

Birləşmiş Millətlər Təşkilatı Liviyada 2018-ci ilin əvvəlindən bu yana baş verən toqquşmalarda 130-dan çox mülki vətəndaşın həlak olduğunu açıqladı.

1035273
Liviyada 8 ayda 130-dan çox mülki vətəndaş həlak olub

BMT-nin Liviyadakı humanitar yardım məsələləri üzrə koordinatoru Mariya Ribeiro Beynəlxalq Humanitar Yardım Günü münasibətilə verdiyi yazılı açıqlamada münaqişələrdən əziyyət çəkən vətəndaşların dərdlərini dilə gətirməyə davam etdiklərini bildirdi, humanitar yardım sahəsinin əməkdaşlarını göstərdikləri şücaətə görə təbrik etdi.
 
 Liviyalı ailələrin məruz qaldıqları həyat şəraitinin çətinliyindəh bəhs edən Riberio: "Liviyada 2018-ci ilin əvvəlindən bu yana baş verən toqquşmalarda aralarında uşaqların da olduğu ən azı 130 mülki vətəndaş həlak olub" dedi.
 
 Ribeiro liviyalı qadınların vəziyyətinə də diqqət çəkdi, cinsi zorakılığa qarşı müdafiəsiz olan qadınlar və gənc qızların böyük risklərlə üzləşdiklərini vurğuladı.
 
Səhiyyə işçilərinin  təhdid və təhlükələrə baxmayaraq, yaralılar və xəstələrə kömək etməyə çalışdıqlarını qeyd edən Riberio ölkədəki bütün silahlı qrupları münaqişələrdə mülki vətəndaşları qorumağa çağırdı.
 

Qeyd edək ki, Liviyada 17 fevral 2011-ci ildə həyata keçirilən inqilabdan sonra yaranan siyasi qeyri-sabitlik və əks qruplar arasındakı münaqişələr nəticəsində biri Tobrukda Nümayəndələr Məclisi, digəri Tripolidə Ümummilli Konqres olmaqla, iki məclis və rəqib hakimiyyət ortaya çıxıb. Ölkədə təxminən 7 ildir ki, nüfuz, legitimlik və ordu mübarizəsi ilə yanaşı davam edən silahlı qruplar arasındakı münaqişələr mülki vətəndaşların öldürülməsi, yaralanması, yerindən didərgin edilməsi və qaçırılması kimi həyatı risklərin artmasına səbəb olub.



Әlaqәli Xәbәrlәr