Suriyanın İdlib şəhərində milyonlarla dinc vətəndaş təhdid altındadır

BMT-nin Suriya üzrə məsləhətçisi Jan Egeland İdlibdə ehtimal olunan bir qarşıdurmaya mane olmaq üçün Türkiyə, Rusiya və İranın əməkdaşlıq edəcəyini bildirib.

1029293
Suriyanın İdlib şəhərində milyonlarla dinc vətəndaş təhdid altındadır

Suriyanın İdlib şəhərində milyonlarla dinc vətəndaş təhdid altındadır

Bunu BMT-nin Suriya üzrə məsləhətçisi Jan Egeland verdiyi açıqlamada bildirib. Egeland İdlibdə ehtimal olunan bir qarşıdurmaya mane olmaq üçün Türkiyə, Rusiya və İranın əməkdaşlıq edəcəyini bildirərək, ehtiyac olacağı təqdirdə Türkiyəyə çağırış edəcəyini və rəsmi Ankaranın bölgədən qaçan sivillər üçün sərhəd keçid məntəqələrini açmasını istəyə biləcəyini söyləyib.

Suriyanın şimal-qərbində hərbi əməliyyat keçirilə biləcək bölgələrdə 4 milyon yaxud daha çox sayda insan olduğunu güman edən Egeland diplomatlar və hərbi nümayəndələrin “qətliamdan” imtina edilməsi üçün razılıq ələdə edə biləcəklərinə olan ümidini dilə gətirib.



Әlaqәli Xәbәrlәr