İsraildə on minlərlə insan irqçi qanuna etiraz etdi

İsraildə on minlərlə İsrail vətəndaşı yəhudi olmayanları ikinci dərəcəli vətəndaş statusuna salan "Yəhudi milli dövləti" qanununa etiraz etdi.

1025926
İsraildə on minlərlə insan irqçi qanuna etiraz etdi

İsraildə on minlərlə İsrail vətəndaşı yəhudi olmayanları ikinci dərəcəli vətəndaş statusuna salan "Yəhudi milli dövləti" qanununa etiraz etdi.

İsrail vətəndaşı olan druz ərəblərinin rəhbərliyi altında paytaxt Tel-Əvivdə keçirilən nümayiş çox sayda insan tərəfindən dəstəkləndi.

On minlərlə insanın iştirak etdiyi nümayişdə İsrail bayraqları və druz simvollarını daşıyan etirazçılar "bərabərliyimizi istəyirik" şüarını sısləndirdilər.

Nümayişin keçirildiyi meydanda Netanyahunun şəklinin altına "Cinayət naziri" yazılmış afişa diqqət çəkdi.

Etiraz nümayişində çıxış edən druz lideri Muafak Tarif “hədsiz sadiqlik” nümayiş etdirdikləri İsrailin onlara bərabər hüquqlar vermədiyini söylədi.

 Minlərlə yəhudi nümayişə dəstək verdi.

Etiraza qatılan yəhudi əsilli İsrail vətəndaşı Eyal Qulan “Yəhudi milli dövləti” qanununa qarşı olduğunu bildirdi.

Qulan:” İsraildə yaşayan hər bir vətəndaş eyni hüquqlara malik olmalıdır. Bu qanunun gələcəkdə İsrailə böyük problem yaradacağını düşünürəm. Netanyahunun bu qanunu seçkilərdə sağçı seçicinin dəstəyini almaq üçün çıxardığına inanıram" deyə danışdı.

İsrailin Baş naziri Binyamin Netanyahu keçən cümə axşamı “Yəhudi milli dövləti” qanunu ilə bağlı fikir ayrılıqlarına son vermək məqsədiylə druz liderləri ilə bir araya gəlmişdi.

Druz liderlərinin İsraili irqçi və ayrı-seçkilik edən bir ölkə olaraq səciyyələndirməsinə əsəbiləşən Netanyahu toplantını tərk etmişdi.

İsrail ordusunda xidmət edən druz əsilli 3 hərbçi də “Yəhudi milli dövləti” qanununa reaksiya göstərərək , ordudan istefa verəcəklərini açıqlamışdılar.

İsrail “Yəhudi milli dövləti” qanunu ilə ölkədəki 130 minlik  druz ərəb icmasına böyük zərbə endirmiş oldu.



Әlaqәli Xәbәrlәr