Soçi yığıncağında razılıq ǝldǝ edilib

Suriya mǝsǝlǝsinin müzakirǝ edildiyi zǝmanǝtçi ölkǝlǝr növbǝti yığıncağı Rusiyanın Soçi şəhərindǝ keçirilir.

1022889
Soçi yığıncağında razılıq ǝldǝ edilib

Yığıncaqda rejimi ilǝ ölkǝdǝki müxaliflǝr tǝrǝfindǝn saxlananların bir hissǝsinin qarşılıqlı olaraq azadlığa buraxılması mövzusunda razılıq ǝldǝ edilib.

Yığıncağa qatılanların mǝlumatına görǝ Astana razılaşmaları çərçivəsində yaradılan Tutulanlar İş Qrupunun dünən baş tutan dördüncü iclasında Türkiyə, Rusiya və İran arasında "pilot layihə" deyilǝn razılıq ǝldǝ edilib. Razılığa görǝ suriya rejimi vǝ müxaliflər tərəfindən tutulan az sayda məhbus qarşılıqlı olaraq azad edilǝcǝk.

Güvǝn artırıcı tǝdbirlǝr çǝrçivǝsindǝ nǝzǝrdǝ tutulan mübadilǝnin hansı ǝrazidǝdǝ reallaşdırılacağı vǝ neçǝ nǝfǝrin azadlığa buraxılacağı haqqında mǝlumat yoxdur.



Әlaqәli Xәbәrlәr