İraqda işsizliyə etiraz nümayişlərində 14 nəfər həlak oldu, 700-dən çox insan yaralandı

Iraqın cənubunda işsizlik və elektrik enerjisi kəsintilərinə qarşı etiraz məqsədilə başlayan, daha sonra paytaxt Bağdadda da keçirilən nümayişlərdə 14 nəfərin öldüyü, 700-dən çox insanın yaralandığı bildirildi.

1017950
İraqda işsizliyə etiraz nümayişlərində 14 nəfər həlak oldu, 700-dən çox insan yaralandı

Iraqın cənubunda işsizlik və elektrik enerjisi kəsintilərinə qarşı etiraz məqsədilə başlayan, daha sonra paytaxt Bağdadda da keçirilən nümayişlərdə ölən və yaralanan insanların sayı artdı.
 
 İraq parlamentinin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Qarravi təxminən  2 həftədir fasilələrlə davam edən nümayişlərdə 14 nəfərin öldüyünü, 470-i təhlükəsizlik qüvvələrindən olan 742 nəfərin yaralandığını bildirdi.
 
 Ölkənin cənubundakı hadisələr zamanı bəzi nümayişçilərin təhlükəsizlik qüvvələri tərəfindən açılan atəş nəticəsində həlak olduqları anların görüntüləri sosial mediada bölüşülmüş, hadisə böyük reaksiyaya səbəb olmuşdu.
 
 Bağdadda da cümə günü keçirilən nümayişlərdə təhlükəsizlik qüvvələri  nümayişçiləri dağıtmağa çalışmışdı. Yerli mənbələr ara küçələrə qaçmağa çalışan onlarla nümayişçinin hərbiçilər tərəfindən saxlanıldığını və onlardan hələ də xəbər alınmadığını qeyd edirlər.
 
 Cənub şəhərlərində də onlarla nümayişçinin şiə silahlı qrupları və ordu qüvvələri tərəfindən saxlanıldığı barəsində məlumatlar var.
 
 



Әlaqәli Xәbәrlәr