Qəzzada atəşkəs əldə olundu

Həmas, Misir və beynəlxalq tərəflərin vasitəçiliyi nəticəsində Fələstinin müqavimət hərəkatları ilə İsrail arasında atəşkəs əldə olundu.

1016469
Qəzzada atəşkəs əldə olundu

Həmas, Misir və beynəlxalq tərəflərin vasitəçiliyi nəticəsində Fələstinin müqavimət hərəkatları ilə İsrail arasında atəşkəs əldə olundu.

 Həmasın sözçüsü Fevzi Berhum yaydığı yazılı açıqlamada: "Misir və beynəlxalq vasitəçilərin səyləri nəticəsində Fələstinin müqavimət hərəkatları ilə işğal arasında atəşkəs təmin olundu" ifadələrini işlətdi.
 
Sözçü açıqlamasında təfərrüatlara varmadı.
 
 Qeyd edək ki, İsrail sərhəddəki əsgərlərinə atəş açıldığını iddia edərək dünən günortadan sonra Qəzzanı döyüş təyyarələri və tanklarla vurub, hücumlarda 4 fələstinli şəhid olub.
 
 İsrail ordusu  bir İsrail əsgərinin sərhədin Qəzza tərəfindən açılan atəş nəticəsində öldüyü barədə  məlumat yayıb.
 
 Məlumatda İsrail  ordusunun "yüksək həyəcan" səviyyəsində olduğu vurğulanaraq: "Həmas gərginliyi artırmağı seçdi və bu hərəkətlərinin nəticələri ilə üzləşəcək" deyilir.



Әlaqәli Xәbәrlәr