İsrail Fələstinlilərə aid 40 evi dağıdıb

Fələstin Dövlət Başçısı Mahmud Abbas, Şərqi Qüdsün Xan əl-Ahmər ərazisində yaşayan Fələstinli bədəvilərin evlərini dağıdan İsrail hökumətinə  reaksiya verib.

1006123
İsrail Fələstinlilərə aid 40 evi dağıdıb

Fələstin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə dövlət başçısı Mahmud Abbas yaydığı bəyanatda bildirib ki, İsrail əsgərlərinin Fələstinlilərə istiqamətli hücumları, BMT-nin öhdəliklərinə əməl edərək Fələstin xalqının təhlükəsizliyi üçün lazımlı addımları atmasına nə qədər çox zərurət olduğunu göstərir.

Beynəlxalq ictimaiyyətə Fələstin xalqına qarşı öhdəliklərinə əməl etmələri barədə daha bir dəfə çağırış edən Abbas, Fələstinli səlahiyyətlilərin də Fələstinli fəallarla "Fələstinlilərin torpaqlarını qəsb etməyi ” məqsəd götürən "İsrail işğal qüvvələrinə” qarşı müqavimətini yüksək qiymətləndirib.

Qeyd edək ki, Xan əl-Ahmər və Əbu Nevvara uzanan yolları dünən səhərdən bəri bağlayan İsrail qüvvələri, Əbu Nevvarda 40 evi yerlə yeksan ediblər. Buna reaksiya göstərən fələstinlilərə müdaxilə edən işğalçı qüvvələr bəzi aksiyaçıları da saxlayıb.



Әlaqәli Xәbәrlәr