"Putin Trampla hər şeydən danışacaq, o məsələdən başqa", D.Peskov

Rusiya Dövlət Aparatı sözçüsü Dmitri Peskov deyib...

1004291
"Putin Trampla hər şeydən danışacaq, o məsələdən başqa", D.Peskov

  Rusiya Dövlət Aparatı sözçüsü Dmitri Peskov ölkə prezidenti Vladimir Putinlə Amerika Birləşmiş Ştatları prezidenti Donald Trampın iyulun 16-da Helsinkidə olacaq görüşündə Krımdan başqa bütün məsələlərin müzakirə olunacağını söylədi.

  D.Peskov bu barədə deyib: “Vladimir Putin bir neçə dəfə çıxışlarında söhbət etdiyi şəxslərə Krımın heç vaxt gündəm mövzusu olmayacağını söyləyib. Çünki Krım Rusiyanın ayrılmaz bir parçasıdır. Bundan başqa digər məsələlərdə isə dialoq və konsensus tərəfdarıyıq.”



Әlaqәli Xәbәrlәr