İranda çirkli su etirazları qarşıdurmaya səbəb olub

İranın Huzistan əyalətinə bağlı Hürremşehrdə şəbəkə suyunun çirkli olması və su fasilələrinə etiraz bildirən nümayişçilərə polisin açdığı atəş nəticəsində bir nəfər həyatını itirib.

1003363
İranda çirkli su etirazları qarşıdurmaya səbəb olub

    İranın rəsmi xəbər agentliyi İRNA-ya görə, Hürremşehrdə kranlardan çirkli su axması və su fasilələrinə etiraz edən yüzlərlə nümayişçiyə polis müdaxilə edib.

  Sosial mediada, polisin etirazçılara gözyaşardıcı qazdan istifadə etdiyi, atəş açdığı və bəzi nümayişçilərin yaralandığı görüntüləri yer alıb. Bir nümayişçinin həyatını itirdiyi bildirilir.

  Qarşılaşma zamanı neçə nəfərin yaralanması və nəzarətə götürülməsilə bağlı rəsmi açıqlama verilməyib.

  Bu arada, Huzistan əyalətinə bağlı Ramhürmüz rayonunda 65 nəfər zəhərlənərək xəstəxanalara müraciət edib. Onlardan 14-ünə müalicə yazılıb.

  Ramhürmüz Sağlamlıq Mərkəzinin rəhbəri Ataullah Şirəli zəhərlənməyə camaatın istifadə etdiyi çirkli suların səbəb ola biləcəyi ehtimalı üzərində dayanıb.

  İranda yağış və su ehtiyatlarının azalması ilə ortaya çıxan quraqlıq ölkədə su böhranına yol açıb. Camaat içməli su üçün suyu pulla almaq məcburiyyətində qalıb.



Әlaqәli Xәbәrlәr