İraqda Məclis səslərin əllə sayılmasına qərar verdi

İraqda Məclis mayın 12-də keçirilən parlament seçkilərində saxtakarlıq olduğu iddialarının irəli sürülməsi nəticəsində səslərin əllə sayılmasına qərar verdi.

987514

Məclis mənbələrindən əldə edilən məlumata görə, dünən keçirilən iclasda “ölkə miqyasında seçki qutularının yenidən açılaraq əllə sayılması” qərarı səs çoxluğu ilə qəbul edildi.

İclasda ayrıca İraq Müstəqil Ali Seçki Komissarlığı üzvlərinin vəzifələrinin dondurulması və onların yerinə 9 hakimin təyin edilməsi qərara alındı.

İraq Türkmən Cəbhəsinin sədri Erşet Salehi məclisin iclasında qəbul edilən qərardan məmnunluğunu dilə gətirirək Türkmənləri təbrik etmişdir.

Qeyd edək ki, İraqın başda Kərkük və digər şimal bölgələri olmaqla səsvermədə elektron cihazlardan istifadə edilərkən saxtakarlıq edildiyi irəli sürülür.

Әlaqәli Xәbәrlәr