Həmas atəşkəs məsələsində İsraillə razılıq əldə etdiyini açıqladı

Həmas (Fələstinli hərbiləşdirilmiş təşkilat və siyasi partiya) İsrailin Qəzzaya son hücumundan sonra 2014-cü ildən bu yana qüvvədə olan atəşkəs sazişinə geri döndüyünü açıqladı.

982306

Təşkilat İsraillə vasitəçilər yolu ilə razılığa gəldiyini bildirir.

Həmasın siyasi büro üzvü Halil Hayyenin yaydığı yazılı açıqlamada vasitəçilərin kimliyi və razılaşmanın detalları ilə bağlı məlumat verilmir. 

Qarşı tərəf isə sazişlə bağlı hər hansı açıqlama verməyib. 

Qeyd edək ki, İsrailin son iki gündə Qəzzadakı Həmas və "İslam Cihadı"na aid bəzi məntəqələrə endirdiyi hava hücumları nəticəsində 4 fələstinli şəhid olub. 

Әlaqәli Xәbәrlәr