Kərkükdə Türkmənlər seçki nəticələrinə etirazlarını davam etdirirlər

İraqın Kərkük şəhərində etiraz aksiyalarını 12 gündür davam etdirən Türkmənlər Bağdadyolu məhəlləsində şüarlar səsləndirərək, seçkilərdə saxtakarlıq edildiyinə dair iddalarını bir daha dilə gətirdilər.

978534
Kərkükdə Türkmənlər seçki nəticələrinə etirazlarını davam etdirirlər

İraqın Kərkük şəhərində etiraz aksiyalarını 12 gündür davam etdirən Türkmənlər Bağdadyolu məhəlləsində şüarlar səsləndirərək, seçkilərdə saxtakarlıq edildiyinə dair iddalarını bir daha dilə gətiriblər.

İraq Türkmən Cəhbəsinin Kərkükdəki sədri Qasım Kazancı təşkil etdiyi mətbuat konfransında deyib: “Türkmənlərin etiraz nümayişləri səslər yenidən hesablananadək davam edəcək.  İraq Seçki Komissarlığı bu prosesə mane olur. İraq Türkmən Cəbhəsi bununla bağlı olaraq məhkəməyə müraciət edəcək.

Türkməneli Partiyasının siyasi büro üzvü Əli Müftü də Türkmənlərin hökumət və yeni parlamentdə iştirak etməsinin vacibliyini dilə gətirib və onların iradəsi nəzərdə tutulmadan Bağdadda qurulacaq hökumətin qanuni ola bilməcəyəni söyləyib.

Qeyd edək ki, İraqın Kərkük şəhərində Türkmənlər mayın 12-də keçirilən parlament seçkilərindən sonra yaşadıqları bölgələrdə saldıqları səslərin Kürd partiyalar adına yazıldığını irəli sürərək etiraz nümayişi keçirməyə başlayıb.

Etirazlar qarşısında baş nazir Heydər İbadi “Kərkükdəki seçki böhranına son qoyulması üçün lazım gəlsə səslər əldə hesablansın” deyə açıqlama yaydı, ancaq İraq qanunlarına görə yenidən hesablama üçün Ali Seçki Komissarlığının qərarına ehtiyac var. Komissarlıq isə hələ də bununla bağlı qərara gəlməyib.



Әlaqәli Xәbәrlәr