Ermənistanda etiraz aksiyalarında 66 iştirakçı saxlanılıb

Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxan "Yolk" ("Çıxış") müxalifət fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanın mərkəzində yürüşə başlayıb.

954028
Ermənistanda etiraz aksiyalarında 66 iştirakçı saxlanılıb

Bu gün Ermənistanda bir neçə yüz nəfər sabiq prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı çıxan "Yolk" ("Çıxış") müxalifət fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanın mərkəzində yürüşə başlayıb.

Yeravan polisinin müxtəlif şöbələrinə aprelin 18-də etiraz aksiyasının 66 iştirakçısı gətirilib.

Qeyd edək ki, etirazlara liderlik edən müxalifət fraksiyasının lideri Nikol Paşinyan ölkədə "Məxmər inqilab" komitəsi qurulduğunu elan etmişdi. 

 



Әlaqәli Xәbәrlәr