Üçlüyün Suriyaya hücumu niyə başladı?

... Dəqiqələr sonra ABŞ, Fransa və İnglitərə şənbədən bazar gününə keçən 4 radələrində paytaxt Dəməşq, Xama, Xüms, Dəraa və Süveyda şəhərlərindəki hərbi məntəqələri bombaladı.

951640
Üçlüyün Suriyaya hücumu niyə başladı?

  ABŞ prezidenti Donald Tramp Suriya hökumətinin kimyəvi silahdan istifadə etdiyi bəhanəsilə ölkənin ordusuna zərbə vurmaq qərarı verdi.

  Dəqiqələr sonra ABŞ, Fransa və İnglitərə şənbədən bazar gününə keçən 4 radələrində paytaxt Dəməşq, Xama, Xüms, Dəraa və Süveyda şəhərlərindəki hərbi məntəqələri bombaladı.

  D.Trampın bildirdiyinə görə, bu, 7 apreldə Duma şəhərində kimyəvi silah hücumuna qarşı ilk əməliyyat siqnalı idi. O, masada yenə bir neçə hərbi variantın olduğunu söyləyib.

  Xatırladaq ki, Suriya ordusunun Şərqi Qutada müxalifətin nəzarətindəki Duma rayonuna 7 apreldə kimyəvi silah hücumu etdiyi və bu zaman 78 vətəndaşın öldüyü bildirilir.



Әlaqәli Xәbәrlәr