Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsinin sensasiyalı açıqlaması

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman qadınların "hörmətli və uyğun"  qiyafətləri olduğu təqdirdə  çarşab geyinmək məcburiyyətində qalmayacaqlarını bildirdi.

933091

 Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman CBS kanalına  müsahibə verərkən: "Şəriət qanunları çox açıq və aydındır. Bu qanunlara görə, qadınlar da kişilər kimi, "hörmətli" bir şəkildə geyinməlidirlər. Bunun qara çarşab şəklində olmasına ehtiyac yoxdur" ifadələrini işlətdi.
 
 Salman bu açıqlamanı Amerika Birləşmiş Ştatlarının prezidenti  Donald Tramp ilə görüşündən  əvvəl verdi.
 
 Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman daha əvvəl ölkəsinin Mötədil İslama keçəcəyinə aid bəyanatlar vermişdi.
 
 Şahzadə Salman qadınların avtomobildən istifadə etmə, stadionlara girmə, kinoya getmə kimi qadağalarını qaldırmışdı.
 
 Qeyd edək ki, Səudiyyə Ərəbistanında qadınlar ilk dəfə bu il keçirilən marafonda yarışıblar, ilk dəfə  qadın müğənni konsert verib.

Әlaqәli Xәbәrlәr