Husilər Yəməndə cinayətlər törətməkdə davam edirlər

Yəməndə Əl-Hudeydə şəhərində bir evin yaxınlığında yerləşdirilən minanın partlaması nəticəsində eyni ailəyə mənsub 7 nəfər həyatını itirib.

925106
Husilər Yəməndə cinayətlər törətməkdə davam edirlər

Tihame Briqadası məsullarından Məhəmməd əş- Şelli bildirib ki, His qəsəbəsində bir evin yaxınlığında minanın partlaması nəticəsində 4 nəfər də yaralanıb. Onlardan birinin vəziyyəti ağırdır.

Husilərin ev və kənd təsərrüfatı ərazilərinə mina yerləşdirərək hökumət qüvvələrinin irəliləyişinin qarşısını almağa çalışdıqlarını, hökumət qulluqçıları tərəfindən mina təmizləmə işlərinin aparıldığını ifadə edən Şelli, Hudeydəyə bağlı El-Huha və His bölgələrinə nəzarəti ələ keçirən Husilərin, 7 nəfərin həyatını itirməsinə səbəb olan partlayış ilə əlaqəli açıqlama vermədiklərini qeyd edib.

 



Әlaqәli Xәbәrlәr