Dağıstanda bir adam camaata atəş açıb

Rusiya Federasiyası Dağıstan Muxtar Respublikasında bir nəfər bayram karnavalında camaata atəş açıb, 4 nəfər hadisə yerində ölüb, 4-2 isə yaralanıb.

913002
Dağıstanda bir adam camaata atəş açıb

    Rusiyanın RİA Novosti xəbər agentliyi regional təhlükəsizlik orqanlarına əsaslanan xəbərə görə, hadisə Dağıstanın Kizlyar şəhərində baş verib.

  Fevralın 18-də Dağıstanın Kizlyar şəhərində Maslenitsa bayramının qeyd olunduğu kilsədə 22 yaşlı Xəlil Xəlilov insanlara atəş açıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 4-ü yaralanıb. Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

  X.Xəlilov polis əməkdaşının açdığı cavab atəşi ilə öldürülüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

  Hadisənin səbəbi haqqında məlumat verilməyib. Amma sonradan DAEŞ terror qruplaşması Dağıstanın Kizlyar şəhərində törədilən hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Bu barədə xəbəri “Reuters” agentliyi yayıb. Amma faktı təsdiqləyən heç bir dəlil təqdim edilməyib.



Әlaqәli Xәbәrlәr