İranda “quş qripi” virusu yayılır

İranda ‘quş qripinə’ görə 25 milyon toyuq məhv edilib

908908
İranda “quş qripi” virusu yayılır

Tehran Toyuq və Yumurtaçılar Birliyinin rəhbəri Nasir Nəbipur İran İşçi informasiya agentliyinə verdiyi müsahibədə ölkədə quş qripi virisunun yayılması ilə hər keçən gün daha çox qanatlı quşun tələf olduğunu bildirib. 25 milyon qədər toyuğun, xalqın sağlamlığını qorumaq məqsədiylə məhv edildiyini ifadə edən Nəbipur, bunun İrandakı toyuq miqdarının 40% nı təşkil etdiyini, bu vəziyyətdən yumurta qiymətlərinin mənfi təsirləndiyini bildirib.

Qeyd edək ki, quş qripi səbəbiylə milyonlarla toyuqu məhv etmək məcburiyyətində qalan və yumurta istehsalında ciddi problemlər yaşayan İran, Türkiyədən həftədə təxminən 50 yük maşını yumurta idxal edir.


Etiketlәr: #İran , #‘quş qripi

Әlaqәli Xәbәrlәr