Türkmən alimlərə  istiqamətli  sui-qəsdlər artaraq davam edir

İraqın Kərkük şəhərində Türkmən alim Əli Elmas, naməlum şəxslərin silahlı hücumu nəticəsində həyatını itirib.

905162
Türkmən alimlərə  istiqamətli  sui-qəsdlər artaraq davam edir

Təhlükəsizlik mənbələrdən yayılan məlumata görə, Kərkük Universiteti Hüquq Fakültəsi Müəllim Əli Elmasa şəhər mərkəzində avtomobili ilə gedərkən sui-qəsd təşkil edilib. Alim, instent nəticəsində həyatını itirib. Polis hadisə ilə əlaqəli ətraflı istintaq başladıb.

 İraqdakı türkmənlərə istiqamətli cinayət və təhdidlərin davam etdiyini ifadə edən İraq Türkmən Cəbhəsinin sədri Ərşət Salihi hadisəni qınayıb və dünyaya çağırış edib ki, Türkmənləri gözdən yayındırmayın.

 Kerküklü bəzi Türkmən alimlər və türkmən qeyri-hökumət təşkilatlarının üzvləri də çağırış ediblər ki, Türkmənlərin hədəf götürüldüyü hücumların qarşısı alınsın.

 



Әlaqәli Xәbәrlәr