Rusiya hadisədən sonra bölgəyə hava bombardmanı edib

Suriyanın İdlib şəhərində düşən döyüş təyyarəsinin Rusiyaya məxsus olduğu açıqlanıb.

903159
Rusiya hadisədən sonra bölgəyə hava bombardmanı edib

  Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir: “İdlibdə gərginliyi azaltmaq üçün bölgəyə uçan “Rus Su-25” qırıcı təyyarəsi düşüb. Təyyarənin pilotu özünü bayıra atmağa nail olsa da, Nusra tərəfindən nəzarət edilən əraziyə enib və qarşıdurmada həyatını itirib”.

  Rusiya hadisədən sonra bölgəyə hava bombardmanı həyata keçirib, hücumu edən qrupdan 30 nəfər zərərsizləşdirilib.  



Әlaqәli Xәbәrlәr